Xəzər Xəbər

Bu xəstəliklər sürətlə yayılacaq DÜNYA TƏHLÜKƏDƏ

Dünya | 11:30 • 3 Avqust 2017
Bu xəstəliklər sürətlə yayılacaq

İqlim dəyişikliyi infeksiyaların yayılma və ətraf mühitə təsir gücünü artıracaq.

Bununla bağlı Liverpul Universiteti alimləri apardığı araşdırma zamanı insandan insana keçən 100, heyvandan insana keçən 100 xəstəliyin Avropada iqlim dəyişikliyi səbəbindən daha sürətlə yayılacağını irəli sürüblər.

Araşdırmaya görə, virus patogenlərinin 2/3-si iqlimə həssas, 2/3-nin isə bir iqlim faktoruna sahibdir. Bununla da birdən çox iqlim faktoru, iqlim dəyişikliyinin bu patogenlər üzərində çox böyük təsirli ola biləcəyi bildirilib.

Araşdırmada bildirilib ki, böcək və gənələrin yaydığı patogenlər daha çox həssasdır.

Ən çox fərqli iqlim faktorlarına sahib patogenlər vəba, qaraciyər sorucusu paraziti, qarayaranın yaradıcısı qarayara çöplərinin olduğu bildirilib.

Alimlərin sözlərinə görə, SARS, İİV, Ebola kimi heyvanlardan insanlara keçən xəstəliklər insandan insana və ya heyvandan insana keçənlərlə müqayisədə iqlim dəyişikliyinə daha həssas olacaq./publika.az

Xəbər lenti

Çox oxunanlar