Xəzər Xəbər

ABŞ-da məktəbdə partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR

Dünya | 11:20 • 3 Avqust 2017
ABŞ-da məktəbdə partlayış -

ABŞ-ın Minneapolis şəhərində məktəbdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bundan əvvəl qismən dağılan məktəbdə iki nəfərin itkin düşdüyü bildirilirdi.

Son məlumata əsasən, itkin düşənlərdən birinin meyiti aşkarlanıb. Hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır kimi qiymətləndirilir.

Yay tətilinə baxmayaraq, təhsil müəssisəsində çox sayda müəllim və şagirdlərin olduğu bildirilir. Məlumata görə, məktəbdə yay kursları və müxtəlif idman seksiyaları fəaliyyət göstərir.

***

ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.

Partlayışdan sonra məktəbdə yanğın başlayıb.

Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir./apa

Xəbər lenti