Xəzər Xəbər

Yəməndə 7 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

Dünya | 11:13 • 3 Avqust 2017
Yəməndə 7 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə 7 milyon insanın aclıq təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.

BMT-nin Humanitar İşlərin Əlaqələndirmə Ofisinin internet saytından yayımlanan hesabatda, dünyada ən böyük humanitar böhranlardan birinin baş verdiyi Yəməndə 7 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi, 5 yaşdan aşağı 2,3 milyon uşağın kifayət qədər yeyə bilmədiyi bildirilir.

Yəməndə xalqın 2/3-sinin humanitar yardıma və müdafiəyə möhtac olduğunun vurğulandığı hesabatda, ölkədə sığınacaq, qida, su və səhiyyə xidmətlərinin təcili ehtiyaclar arasına daxil olduğu vurğulanıb.

Amran vilayətinin Hamir rayonu yaxınlığındakı qaçqın düşərgələrində yaşayan ailələrin durumlarına da yer verilən hesabatda, məsum insanların müharibədən zərər çəkdiyi, 3 milyondan çox insanın ölkədən qaçdığı, ölkə daxilində də 2 milyon insanın evlərindən didərgin düşdüyü qeyd edilib.

Ölkədəki vəba virusuna da toxunulan hesabatda, insanlara səhiyyə xidmətlərinin göstərilməməsi üzündən müalicə edilməsi mümkün xəstəliklərdən öldüyü bildirilib.

Xatırladaq ki, Yəməndə hakimiyyətin kəsin siyasətinə qarşı xalq etirazını yatırtmaq üçün prezident Mənsur Hadinin həddindən artıq güc tətbiq etməsindən sonra ölkə boyu hakimiyyətin istefası tələb olunmuşdu. Daha sonra xalq etirazından qorxaraq ölkədən qaçan Mənsur Hadi Səudiyyəyə sığınmış və ölkəsinin bombalanması üçün krala müraciət etmişdi. 2015-ci il martın 25-dən 26-a keçən gecə qəflətən Səudiyyə Ərəbistanı və 9 körfəz ölkəsi Yəmənə qarşı hava hücumlarına başlayıb. İşğalçı körfəz koalisiyasına Səudiyyə, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və sair ölkələr daxil olub. Həmin tarixdən indiyə kimi hər gün koalisiya qüvvələri Yəməni bombalayır. /faktxəbər

Xəbər lenti