Xəzər Xəbər

Trampdan Rusiyaya növbəti zərbə Sanksiyalar qüvvəyə mindi

Dünya | 09:53 • 3 Avqust 2017
Trampdan Rusiyaya növbəti zərbə

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

XəzərXəbər xəbər verir ki, bu barədə məlumatı "Blomberg” agentliyi Ağ ev rəsmisinə istinadən yayıb.

Xəbərdə qeyd olunur ki, ABŞ Senatı ötən həftə Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar haqqında qanun qəbul etmişdi.

Qeyd edək ki, ötən həftə ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.Sənədin lehinə senatorların böyük əksəriyyəti səs verib.

Xəbər lenti