Xəzər Xəbər

Prezident nəvəsi məmurların bütün gizli əməllərini ÜZƏ ÇIXARTDI - Sensasiyalı SÖZLƏR

Dünya | 17:03 • 2 Avqust 2017
Prezident nəvəsi məmurların bütün gizli əməllərini

Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-yə müsahibəsində bildirib ki, onun anasına böhtan atılır, onun əleyhinə olan ərizə də saxtalaşdırılıb. Guya, babası Gülnarənin şöhrətini qısqanırdı. Və özü isə özbək hökumətinin üzvlərinə qarşı kompromat çap edəcəyini bildirir.

Avqustun 1-də balaca İslam Kərimov məhkəmə sənədi alır. Sənəddə bildirilir ki, iyulun 3-də Yaşnabad rayon məhkəməsinin qərarı ilə onun anası həbs olunub, lakin konkret olaraq harada saxlanıldığı göstərilmir.

İslam Kərimovun sözlərinə görə, anasının əleyhinə olan bir çox bəyanatlar saxtalaşdırılıb. Həmçinin bildirir ki, qərardadda heç bir şahid, heç bir insan, heç bir audio və ya videoyazılar yer almır. "Bütün bu bəyanatlarda, verilmiş qərarlarda əllərində olan yalnız budur ki, Özbəkistan Milli Təhlükəsizlik Xidmətində 3-4 il saxlanılan insanlardan ifadələr alınıb. Aydındır ki, 3-4 il təcridxanada saxlanılan adamlar istənilən sənədə imza atacaqlar, istənilən bəyanatı təsdiqləyəcəklər”, - deyə o, davam edib.

Cinayət işində adı çəkilən 2 milyard dollar məsələsinə isə İslam Kərimov belə aydınlıq gətirib ki, bu qeyri-real məbləğin heç bir sübutu yoxdur, bundan başqa, məbləğ astronomik olaraq şişirdilib. Daha sonra oğul Kərimov qeyd edib ki, əsas məqsədləri Gülnarəni həbs edib, özlərinin bütün əməllərini təmizə çıxarsınlar və işləməyi davam etsinlər.

"Mən indi ad çəkmək istəmirəm, amma biz hər bir nazir və güc strukturlarındakı yüksək çinli şəxslər haqda böyük sənəd dərc etməyə hazırlaşırıq. Onların çoxunun sərvəti Gülnarə üçün uydurulan 2 milyarddan bir neçə dəfə çoxdur. Burada söhbət 3-4 milyard dollardan gedir. Amma heç kim bu barədə danışmır", - deyə balaca İslam Kərimov sensasion bəyanatla çıxış edib. Onun sözlərinə görə, prezident İslam Kərimov qorxurdu ki, Gülnarə onu üstələyəcək və hər şey bu qorxudan doğdu.

"Babam həmişə anama deyirdi ki, "Sən heç vaxt məni kölgədə qoya bilməyəcəksən". Onda kompleks var idi ki, Gülnarə xalqın sevgisini ondan oğurlaya bilər. Halbuki, anam buna heç çalışmırdı və babam haqqında həmişə yaxşı və yüksək fikirlər söyləyirdi”, - deyə o, bildirib.

"Babam yalnız o vaxt sakitləşdi ki, o, Gülnarənin ondan hakimiyyəti oğurlamaq fikri olmadığını anladı. Fürsətcillər isə babamın başladığı işi davam etdirmək istəyirlər. Gülnarə Kərimovanın işində adı çəkilən əmlaklardan yalnız bir ev ona məxsusdur - 2009-ci ildə Cenevrədə 18 milyon dollara alınan malikanəni anam yox, məhz babam alaraq ona hədiyyə etmişdi”, - qəzəbli balaca Kərimov davam edir./publika.az

Xəbər lenti