Xəzər Xəbər

Çin Hindistanı müharibə ilə hədələdi

Dünya | 16:04 • 2 Avqust 2017
Çin Hindistanı müharibə ilə hədələdi

"Hindistan əgər müharibə istəmirsə, Çinin ərazisindən öz hərbi qulluqçularını çıxarmalıdır". Bu sözləri Çinin Müdafiə Nazirliyinin təhlükəsizlik məsələləri üzrə beynəlxalq əməkdaşlıq mərkəzinin rəhbəri polkovnik Çjou Bo bildirib.

Çjou Bo və Hindistan ordusunun istefada olan general-mayoru Aşok Mehta "CGTN" telekanalında Doklam platosu (yayla) ilə bağlı keçirilən debatda iştirak ediblər.

Aşok Mehta debat zamanı qeyd edib ki, Çin mediası Hindistanla bağlı aqressiv məlumatlar dərc edir və rəsmi Dehlini münaqişəyə çəkmək istəyir.

Çinli polkovnik isə deyib ki, Hindistan hərbçiləri əgər ərazini tərk etməzsə, bunun sonu müharibə ilə nətcələnə bilər.

Qeyd edək ki, Çin və Hindistan arasında gərginlik Doklam yaylağı üstündə iyun ayından başlayıb. Çin, Hindistan və Butan sərhədində yerləşən bu əraziyə əvvəlcə rəsmi Pekin tərəfi yol çəkməyə başlayıb. Bu isə Butanın narazılığına səbəb olub. Ardınca Butanla əlaqələri yaxşı olan Hindistan ordusu Doklama daxil olaraq çinliləri oradan çıxarıb. /Faktxəbər

Xəbər lenti