Xəzər Xəbər

Roqozin bu ölkədə persona non qrata elan olundu

Dünya | 16:20 • 2 Avqust 2017
Roqozin bu ölkədə persona non qrata elan olundu

Moldova hökuməti bu gün keçirilən iclas zamanı Rusiya baş nazirinin müavini Dmitri Roqozinin persona non qrata olunması barədə qərar qəbul edib. Bu barədə "RİA Novosti” xəbər verir.

"Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Moldovada persona non qrata edilməsini və onun bizim ölkəmizin ərazisinə girişinin qadağan edilməsini təklif edirəm”, - deyə Moldova XİN rəhbəri Andrey Qalbur bildirib.

Moldova Nazirlər Kabinetinin böyük əksəriyyəti qərarı dəstəkləyib. /azvision.az

Xəbər lenti