Xəzər Xəbər

ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirdi

Dünya | 15:06 • 2 Avqust 2017
ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirdi

ABŞ Hərbi-Hava Qüvvələri ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən "Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Raket ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı "Vandenberq” bazasından buraxılıb. Sınaq uğurla başa çatıb.

Qeyd edək ki, hazırda ABŞ ordusunda 450 ədəd "Minuteman III” qitələrarası ballistik raketi var.

Xəbər lenti