Xəzər Xəbər

Trampdan Maduroya ÇAĞIRIŞ

Dünya | 11:50 • 2 Avqust 2017
Trampdan Maduroya

ABŞ və Venesuela arasında gərgin danışıqlar davam edir. ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun müxalifətə qarşı hərəkətlərini kəskin şəkildə pisləyərək müxalifət liderləri Leopoldo Lopes və Antonio Ledesmana azadlıq tələb eib.

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub ki, Tramp birbaşa Maduro diktaturasının hərəkətlərini pisləyib: "ABŞ hesab edir ki, Maduro qanunsuz saxladığı siyasi məhbuslar - Lopes və Ledesmanın sağlamlığına və təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyır. Maduronun qanunsuz həbslərə son verməsini və bütün siyasi məhbusların qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edirik".

Xatırladaq ki, gərgin kütləvi etirazlar atmosferində keçən seçkilərdə 120-dən çox insanın öldüyünə dair məlumatlar yayılmışdı./publika.az

Xəbər lenti