Xəzər Xəbər

50 ada lüks istirahət mərkəzinə çevriləcək - Büdcəyə 4 milyard dollar gəlir gələcək

Dünya | 11:11 • 2 Avqust 2017
50 ada lüks istirahət mərkəzinə çevriləcək -

Səudiyyə Ərəbistanı Qırmızı Dənizdə daha 50 adanı lüks istirahət mərkəzinə çevirməyi planlaşdırır.

Krallıq kütləvi turizim inkişaf layihəsinə strat verib.

Layihə Qırmızı Dənizdə yerləşən 50 ada üzərində icra olunacaq. Tikinti işləri 2019-cu ildə başlayacaq, 2022-ci ildə isə təhvil veriləcək. Bundan başqa, xarici vətəndaşlara qarşı tədbiq olunan viza şərtləri daha da asanlaşdırılacaq.

Səudiyyə Ərəbistanı hökuməti neftin qiyməti ucuzlaşdığı üçün iqtisadiyyatın şaxələndirilməsi məqsədilə bu cür layihələr icra etməyə çalışır.

Layihə 35 min iş yerinin açılmasına və büdcəyə 4 milyard dollar gəlir gətirməsinə səbəb olacaq./AzNews.az

Xəbər lenti