Xəzər Xəbər

Tramp Venesuelada müxalifət liderlərinin müdafiəsinə qalxdı

Dünya | 11:08 • 2 Avqust 2017
Tramp Venesuelada müxalifət liderlərinin müdafiəsinə qalxdı
ABŞ prezidenti Donald Tramp Venesuelada oğurlanan müxalifət liderləri Leopoldo Lopez və Antonio Ledesmaya dəstək çıxıb. O, Venesuela prezidenti Nikolas Maduroya müraciət edərək müxalifət liderlərinin azad edilməsini istəyib.

"Cənab Lopes və cənab Ledesma rejimin həbsdə saxladığı siyasi məhbuslardır. Biz bütün siyasi məhbusların dərhal və şərtsiz azad edilməsini istəyirik",-deyə Trampın bəyanatında deyilir.

Qeyd edək ki, Leopoldo Lopez Venesuela prezidentinin əsas opponentlərindən biri, "Xalq iradəsi" partiyasının milli koordinatoru, digər oğurlanan Antonio Ledesma isə "Cəsarətli İnsanların Alyansı" birliyinin lideri və Karakasın meridir./faktxəbər

Xəbər lenti