Xəzər Xəbər

Bəşər Əsəd: Suriya tarixdə nümunəsi olmayan düşmənlə üz-üzədir

Dünya | 10:49 • 2 Avqust 2017
Bəşər Əsəd:
Suriya prezidenti Bəşər Əsəd ordunun yaranmasının 72-ci ildönümü münasibəti ilə xalqa müraciət edib.

O, xalqa müraciətində bildirib ki, Suriya xalqı namərd, kinli, nifrət saçan təkfirçi terrorçu qruplaşmalarla üz-üzədir. Tarix belə bir nümunə ilə qarşılaşmayıb.

Biz ordunun qəhrəmanlıqları, xalqın dəstəyi və şəhidlərimizin pak qanı ilə Suriya torpaqlarını təcavüzkarlardan təmizləmişik. Müqavimət göstərək daha çox qələbələr əldə edəcəyik. Bu davam edəcək. /faktxəbər

Xəbər lenti