Xəzər Xəbər

“Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq” – Tillerson

Dünya | 10:25 • 2 Avqust 2017
“Rusiyaya qarşı sanksiyalar ləğv olunmayacaq”

Ukrayna üzrə Minsk sazişləri həyata keçirilmədən Rusiya üzərindən sanksiyaların götürülməsi mümkünsüzdür. Bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.

"Biz həmişə Minsk sazişlərinin icrasının vacibliyini vurğulayırıq, bu baş verməzsə, Ukrayna ilə bağlı tətbiq edilən sanksiyalarda heç bir dəyişiklik olmayacaq”, - deyə Tillerson vurğulayıb.

O, atəşkəsin nail olunması istiqamətində aparılan danışıqlar prosesində ABŞ-ın irəliləyişə nail olunacağına ümid etdiyini bildirib: "Ukraynanın şərqində zorakılıq dəhşətli səviyyəyə çatıb”./azvision.az

Xəbər lenti