Xəzər Xəbər

ABŞ və Cənubi Koreya ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər

Dünya | 09:35 • 29 İyul 2017
ABŞ və Cənubi Koreya ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər

ABŞ və Cənubi Koreya Şimali Koreyanın növbəti raket buraxılışına cavab olaraq ballistik raketlərin təlim buraxılışını həyata keçiriblər.

Xezerxeber.az "RİA Novosti" agentliyinə istinadən məlumat verir ki, təlim buraxılışında Cənubi Koreyanın "Xenmu-2” və ABŞ-ın ATACMS raketləri istifadə olunub.

Xatırladaq ki, Şimali Koreya növbəti ballistik raket buraxılışını həyata keçirib. Raket Caqando vilayəti rayonundan Yapon dənizi istiqamətində buraxılıb. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının qətnaməsinin açıq şəkildə pozulması kimi dəyərləndirib.

Xəbər lenti