Xəzər Xəbər

Polşa quş qripindən azad ölkə sayılıb

Dünya | 09:16 • 29 İyul 2017
Polşa quş qripindən azad ölkə sayılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Polşanı quş qripindən azad ölkə sayıb. Belə ki, ev quşları üçün ölümcül olan bu xəstəliyə yeni yoluxma faktları son üç ayda Polşa ərazisində müşahidə olunmayıb. Sonuncu H5N8 ocağı bu il aprelin sonunda aşkar edilmişdi.

Polşa Avropada quş əti istehsalı sahəsində lider olduğu üçün bu statusun əldə edilməsi onun dünya bazarındakı ticari mövqeyini yaxşılaşdıracaq.

Polşa Quş Əti İstehsalçıları Şurasının sədri Lukaş Dominyak bildirib ki, Afrikadakı və Asiyadakı biznes tərəfdaşları ən qısa müddətdə bu barədə məlumatlandırılacaqlar.

Rubrikanın digər xəbərləri

Xəbər lenti