Xəzər Xəbər

İraqda İŞİD-in 7 minədək tərəfdarı qalıb

Dünya | 17:29 • 28 İyul 2017
İraqda İŞİD-in 7 minədək tərəfdarı qalıb

Mosul azad edildikdən sonra İraqda İŞİD terror qruplaşmasının 7 minədək tərəfdarı qalıb.


AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin İraq təhlükəsizlik qüvvələrindəki yüksək vəzifəli şəxslərə istinadla yaydığı məlumata görə, söhbət İŞİD-ə işləyən və buna görə əməkhaqqı alan təxminən 4 min yaraqlıdan və qruplaşmanın 3 min tərəfdarından gedir.


Həmin mənbə onu da bildirir ki, hazırda Suriyada İŞİD-in 7 minədək döyüşçüsü və 5 min nəfərə yaxın tərəfdarı var.


İraq hökumət qüvvələrinin ölkənin ikinci böyük şəhəri olan Mosula nəzarəti ələ keçirməsi ilə terrorçulara sarsıdıcı zərbə vurulub. İyulun ortalarında Baş nazir Heydər əl-Əbadi şəhəri üç ildən çox nəzarətdə saxlayan İŞİD qruplaşması üzərində qələbə qazanıldığını rəsmən elan edib. Hərbi əməliyyatların gedişində minlərlə yaraqlı məhv edilib. Eyni zamanda, İraq ordusu və polisinin təxminən 20 min döyüşçüsü həlak olub və yaralanıb.

Xəbər lenti