Xəzər Xəbər

Terror yenə can aldı 50-dən çox neftçi öldürüldü

Dünya | 17:27 • 28 İyul 2017
Terror yenə can aldı

Nigeriyada "Boko haram” terror qruplaşması neftçiləri hədəfə alıb.

Bu barədə France Press agentliyi məlumat yayıb. Terrorçular Nigeriya milli neft müəssisəsinin geoloqlarına və onların mühafizəçilərinə hücum edib. Nəticədə 50-dən çox neftçi öldürülüb.

Qeyd edək ki, Nigeriya milli neft müəssisəsi 2016-cı ildən Çad gölü hövzəsində geoloji kəşfiyyat işlərini həyata keçirir. Bu zamana qədər Borno, Yobe və Adamava ştatlarının böyük bir hissəsi "Boko haram” terrorçularının nəzarəti altında olub.

Xəbər lenti