Xəzər Xəbər

Saakaşviliyə yeni vətən tapıldı: Avropalı olacaq

Dünya | 15:21 • 28 İyul 2017
Saakaşviliyə yeni vətən tapıldı:

Vətəndaşlıqdan məhrum edilən Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşviliyə yeni vətən tapılır.

Keçmiş prezident Litvadan vətəndaşlıq ala bilər. Artıq bu barədə təkliflə Litvanın Avropa Parlamentindəki deputatı Pyatras Auştryaviçyus çıxış edib.

Deputat bildirib ki, Saakaşvili bu ölkədə siyasi analitik kimi fəaliyyət göstərə bilər: "Litvada vətəndaşlıq verilməsi olduqca ciddi prosedurdan sonra mümkün olur. Ancaq mən Saakaşvilinin istisna təşkil edi biləcəyini düşünürəm".

Qeyd edək ki, Saakşvili Ukrayna prezidenti Petro Poroşünkonun imzaladığı sərəncamla vətəndaşlıqdan məhrum edilib./cebhe.info

Xəbər lenti