Xəzər Xəbər

8 saatdan sonra yenidən dünyanın ən varlısı oldu

Dünya | 14:47 • 28 İyul 2017
8 saatdan sonra yenidən

Microsoft şirkətinin təsisçisi Bill Gates sərvətinin həcminə görə yenidən liderliyi ələ alıb.

Bu haqqda Forbes jurnalının dünyanın ən varlı insanlar siyahısının onlayn versiyasında bu günə olan məlumatda deyilir.

Hazırda Bill Gatesin sərvəti 89.8 mlrd. dollar təşkil edir. Amazon şirkətinin rəhbərinin sərvəti isə 88.7 mlrd. dollardır.


Məlumat üçün bildirək ki, dünən dünyanın ən varlı insan statusunu Bill Gatesdən Jeff Bezosa keçmişdir.


Xəbər lenti