Xəzər Xəbər

Xəzərdə 3 İran vətəndaşı batdı

Dünya | 14:38 • 28 İyul 2017
Xəzərdə 3 İran vətəndaşı batdı

Xəzərin İran sahillərində 3 nəfər batıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Babolsərf şəhərində baş verib. Son məlumata görə, batanlardan 2 nəfərin cəsədi tapılıb. Üçüncü şəxsin axtarışları davam edir.

Qeyd edək ki, ötən il İranda 79 nəfər dənizdə çimərkən boğularaq həyatını itirib.

Xəbər lenti