Xəzər Xəbər

İsrail bu torpaqları Fələstinə verir – İlk dəfə

Dünya | 14:06 • 28 İyul 2017
İsrail bu torpaqları Fələstinə verir

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ rəsmiləri ilə görüşdə ilk dəfə olaraq Təl-Əvivin Fələstinlə torpaq mübadiləsinə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin "İkinci” televiziya kanalı yayıb.

Televiziya Netanyahunun bu etirafını ABŞ-ın rəsmi nümayəndəsi Ceyson Qrinblatla telefon danışığı zamanı səsləndirdiyini bildirib. Netanyahu ilə Qrinblatın görüşündə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edib.

Netanyahunun təklifinə görə, ABŞ İordan çayının qərbində olan Quş-Etsion qəsəbəsinin İsrailə qatılmasına razılaşmasını istəyib. Bunun qarşılığında isə o, İsrailin tərkibində olan və müsəlmanların yaşadığı Vadi Ara bölgəsini Fələstinə verilməsinə razılaşacağını söyləyib.

Xəbər lenti