Xəzər Xəbər

1,6 milyardlıq divar çəkilir: Prezident sözünü tutdu

Dünya | 13:57 • 28 İyul 2017
1,6 milyardlıq divar çəkilir:

Amerika ilə Meksika arasında divarın tikilməsinə 1,6 milyard dollar ayrılıb.

Ölkənin müdafiə büdcəsindən ayrılacaq vəsaiti artıq Konqresin Nümayəndələr Palatası təsdiləyib.

Sənədin qəbulunun lehinə 235, əleyhinə isə 192 nəfər səs verib.

"Divarın tikilməsində məqsəd ölkənin təhlükəsizliyini təmin etməkdir",- deyə qeyd olunur.

Qeyd edək ki, divarın tikintisi Donlad Trampın seçkiqabağı vədlərindən biri idi. Onun fikrincə, bu vasitə Amerikaya qanunsuz miqrant axının azaldacaq. Tramp həmçinin 3 milyon qanunsuz miqrantı ölkədən deportasiya etmək sözü də verib. /cebhe.info

Xəbər lenti