Xəzər Xəbər

Ölkə qan gölünə çevrildi: Küçələrdə insan seli, ölü və yaralılar var, diplomatlar gedir - FOTOLAR

Dünya | 13:42 • 28 İyul 2017
Ölkə qan gölünə çevrildi:

Qarşıdurmanın səngimədiyi Venesuelada yeni toqquşmalar qeydə alınıb.

Sağ müxalifətin Qurucu Məclisə qarşı 48 saatlıq tətili davam edir. Tətilin ilk günündə 2 nəfər ölüb, çox sayda yaralı var. Tətilin təşkilatçıları aksiyanın uğurlu olduğunu bildirdiyi halda

Məclisin yaradıcılarından olan Fransisko Torrealba qarşıdurmaya baxmayaraq, nəqliyyatın və dövlət qurumlarının işlədiyini deyib.

Ölüm hadisəsi isə Merida əyalətində qeydə alınıb. Ölənlərdən biri 30 yaşlı şəxsdir. Şahidlərin bildirdiyinə görə, o, motosikletli bir nəfərin açdığı atəşdən həlak olub.

Aksiyada həyatını itirən digər şəxs isə 16 yaşlı gəncdir.
Prezident Maduro aksiyalara reaksiya verərək "Ölkənin indiki iqtisadi böhran zamanında işi dayandırmağın zamanı deyil",- deyib.

Ölkədə vəziyyətin getdikcə gərinləşməsi diplomatik korpusların fəaliyyətinə də təsir göstərib. Artıq Amerikalı diplomatların ölkədən çıxdığına dair məlumatlar var.

cebhe

Xəbər lenti