Xəzər Xəbər

Kreml 35 amerikalı diplomatı ölkədən çıxarır QARŞIDURMA

Dünya | 13:39 • 28 İyul 2017
Kreml 35 amerikalı diplomatı ölkədən çıxarır

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Rusiya, İran və Koreya Xalq Demokratik Resublikasına əlavə sərtləşdirici sanksiyaların tətbiqənə dair qanun layihəsini qəbul edib.

Sənədin lehinə 98, əleyhinə isə 2 senator səs verib. Belə ki, Kennukti ştatından respublikaçı senator Rend Pol və Vermont ştatından müstəqil senator, 2016-cı ildə Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş Berni Sanders qanun layihəsinin qəbuluna qarşı çıxıblar.

Qeyd edək ki, "ABŞ-ın Düşmənlərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə Haqqında ” qanun layihəsi iyulun 25-də Nümayənədlər Palatasında böyük səs çoxluğu ilə qəbul olunub. İyulun 31-də Konqres yay tətilinə çıxdığına görə, Senatda geniş müzakirələr keçirilməyib və qarşılıqlı razılaşma əsasında yuxarı palatada təsdiq edilib.

Artıq sanksiyalar paketi qanunverici orqanda qəbul olunduğu üçün imzalanmaq üçün prezidentə göndərilib. Avqust ayında həmçinin prezident Trampın yay məzuniyyəti başlayır. Həmin müddətə qədər sənəd imzalanmasa, sanksiyaların tətbiqi sentyabr ayına qədər təxirə salına bilər. Ona görə də Konqres qanun layihəsini geniş müzakirə etmədən Ağ Evə göndərməklə prezident istirahətə getmədən ratifikasiyasına nail olmaq istəyir.

Qanun layihəsinin böyük hissəsi Rusiyaya ilə bağlıdır. Hüquqi sənədin 98 səhifəsi Rusiya iqtisadiyyatının bir sıra sahələrinə qadağaların tətbiqini nəzərdə tutur. Donald Tramp sənədi imzalayacağı təqdirdə, Vaşinqton "Şimal axını-2” təbii qaz kəmərinin çəkilişinə qarşı çıxa bilər.

Bundan başqa sənəd ABŞ administrasiyasına Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı müstəqil addım atmağı məhdudlaşdıran kodifikasiyadan ibarətdir. Sənəddə qeyd edilir ki, bu qanun ABŞ-ın kosmik sahədə Rusiya ilə əməkdaşlığına mane ola bilməz.

Sənəddə Şimali Koreya ilə bağlı 40, İrana aid 25, terrorizmin maliyyələşməsinə görə 16 səhifəlik sanksiyalaşdırıcı təkliflər yer alıb. Sanksiyaların 5 il müddətinə qüvvədə saxlanılması nəzərdə tutulub.

Kreml isə Birləşmiş Ştatların bu addımına sərt reaksiya verib. Rusiyanın Xarici İşlər Nazirliyi sözügedən qanunun qəbul olunacağı təqdirdə 35 Amerika diplomatının arzuolunmaz şəxs elan edilərək ölkədən çıxaracağını bəyan edib. /cebhe.info

Xəbər lenti