Xəzər Xəbər

Məkkə səması üzərinə raket atıldı Həcc ziyarətini əngəlləmək üçün

Dünya | 13:15 • 28 İyul 2017
Məkkə səması üzərinə raket atıldı

Ərəb koalisiyası Yəməndən Məkkə şəhəri istiqamətində atılan raketi zərərsizləşdirib.

Koalisiya qüvvələri raketi şəhərin 69 kilometr cənub hissəsində zərərsizləşdiriblər.

Səudiyyə Ərəbistanı hücuma görə Yəməndə hökumətə qarşı çıxan husi üsyançılarını təqsirləndirib və bildirib ki, üsyançıların hücum etməkdə məqsədi Həcc ziyarətini əngəlləməkdir.

Məkkə şəhərində Həcc ziyarəti avqust ayının sonlarında başlayacaq.

Yəməndə 2014-cü ildə hökumətə qarşı üsyanlar baş qaldırıb. Prezident Əbd Rabbu Mənsur Hadi Səudiyyə Ərəbistanın dəstəyi ilə üsyançılara qarşı mübarizə aparır.

AzNews.az

Xəbər lenti