Xəzər Xəbər

Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas olunub

Dünya | 12:25 • 28 İyul 2017
Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas olunub

Gürcüstanda Çorox çayında köməksiz vəziyyətdə qalmış iki Azərbaycan vətəndaşı xilas olunub.

Acarıstanın Şarabidze kəndində 8 nəfərdən ibarət qrup Çorox çayında olarkən suyun səviyyəsi qəflətən qalxmağa başlayıb.

Qrupun 6 üzvü çaydan çıxa bilsə də, iki azərbaycanlı turist bunu edə bilməyib.

Fövqəladə Halların İdarə Olunması Mərkəzinin xilasediciləri azərbaycanlı turistləri xilas ediblər. (APA)

Xəbər lenti