Xəzər Xəbər

Pakistanın baş naziri hakimiyyətdən uzaqlaşdırılıb - cinayət işi açılıb

Dünya | 11:57 • 28 İyul 2017
Pakistanın baş naziri hakimiyyətdən uzaqlaşdırılıb -

Pakistan Ali Məhkəməsi ölkənin baş naziri Nəvaz Şərifi hakimiyyətdən uzaqlaşdırıb.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərar baş nazir və onun ailə üzvlərinin korrupsiya əməllərinə dair istintaq işinin yekunları əsasında qəbul edilib.

2016-cı ilin aprelində Panama hüquq şirkəti "Mossack Fonseca"nın internetə sızan sənədlərində baş nazir N. Şərifin iki oğlu və bir qızının Britaniyanın Virciniya adalarında azı 3 offşor şirkətə malik olduğu göstərilib. Elə həmin ay Ali Məhkəmə məsələnin təhqiqatı ilə bağlı xüsusi komissiya yaradıb.

N. Şərifin hakimiyyətdən kənarlaşdırılmasına dair qərar Ali Məhkəmə hakimlərinin yekdil qərarı əsasında verilib. Baş nazirə qarşı cinayət işi açılıb.

Xəbər lenti