Xəzər Xəbər

Barselonada qatar qəzaya uğrayıb, 48 nəfər xəsarət alıb

Dünya | 11:21 • 28 İyul 2017
Barselonada qatar qəzaya uğrayıb, 48 nəfər xəsarət alıb

İspaniyada sərnişin qatarı qəzaya uğrayıb.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Barselona vağzalında baş verən qəza nəticəsində 48 nəfər xəsarət alıb.

Qatar vaxtında dayana bilməyib və nəticədə platformaya çırpılıb. 20 nəfər xəstəxanaya yerləşdirilib, onlardan beşinin vəziyyəti ağırdır.

Hadisə yerinə altı təcili tibbi yardım briqadası cəlb olunub.

Xəbər lenti