Xəzər Xəbər

Yaponiyanın müdafiə naziri istefa verib

Dünya | 11:03 • 28 İyul 2017
Yaponiyanın müdafiə naziri istefa verib

Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib.

Onun istefasının səbəbi Cənubi Sudanda olan Yaponiya sülhməramlılarının sənədlərinin açıqlanması ətrafında baş vermiş qalmaqalən ardınca olub.

Sabiq müdafiə naziri özü bu barədə belə deyib: "Mən müdafiə naziri olaraq bu məsələdə məsuliyyət daşıyıram, o üzdən istefa verirəm. İstefamı Yaponiyanın baş nazirinə təqdim etmişəm və istefam qəbul olunub".

Xəbər lenti