Xəzər Xəbər

“Biz səbirliyik, lakin hansısa məqamda cavab verməli olacağıq” - Putin xəbərdarlıq etdi

Dünya | 09:36 • 28 İyul 2017
“Biz səbirliyik, lakin hansısa məqamda cavab verməli olacağıq” -

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib.

APA-nın verdiyi məlumata görə, o bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq.

"Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur”, - deyə o vurğulayıb.

Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. O vurğulayıb ki, Rusiya-ABŞ münasibətləri ABŞ-ın daxili məsələlərinə qurban verilir.

Xəbər lenti