Xəzər Xəbər

İranın ilk kosmik daşıyıcı raketi sınaqdan keçirilib

Dünya | 09:21 • 28 İyul 2017
İranın ilk kosmik daşıyıcı raketi sınaqdan keçirilib

İranın ilk kosmik qərargahının açılışı keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu qərargah İranın orbitə gəmi göndərən ilk sabit platformasıdır.

Bu gün platformada "Simurq" daşıyıcı raketi müvəffəqiyyətlə sınaqdan keçirilib. İmam Xomeyni adını daşıyan kosmik qərargahda peyklərin hazırlanması, orbitə buraxılması, nəzarət və peykin idarə edilməsi prosesləri həyata keçirilir. Milli kosmik qərargah texnoloji baxımdan dünya standartlarına uyğun hazırlanıb.

Qeyd edək ki, bu gün sınaq üçün orbitə buraxılan "Simurq” raketi 250 kq çəkiyə malik peykləri orbitə çıxarıb.

Xəbər lenti