Xəzər Xəbər

Bu ölkədə kişi və qadınların ömrünün uzunluğu rekord həddə çatıb

Dünya | 09:03 • 28 İyul 2017
Bu ölkədə kişi və qadınların ömrünün uzunluğu rekord həddə çatıb

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumata görə, yapon kişi və qadınların ömrünün uzunluğu yeni rekord həddə çatıb.

NHK telekanalının nazirliyə istinadla yayımladığı məlumatda bildirilir ki, 2016-cı ildə yapon qadınların ömrünün uzunluğu 87 yaşdan, kişilərinki isə 80 yaşdan bir qədər çox olub.

Bu rekord göstəricilər bir il əvvəlki dövrdəki müvafiq göstəricini qadınlar üçün 0,15 il, kişilər üçün isə 0,23 il üstələyir.

Beləliklə, ömürlərinin uzunluğuna görə yapon qadınlar Honq-Konq qadınlarından sonra dünyada ikinci yeri tutur. (AZƏRTAC)

Xəbər lenti