Xəzər Xəbər

Yaponiyadan Şimali Koreyaya qarşı yeni sanksiya

Dünya | 09:01 • 28 İyul 2017
Yaponiyadan Şimali Koreyaya qarşı yeni sanksiya

Yaponiya hökuməti Şimali Koreyaya qarşı Çin şirkətlərini də əhatə edəcək yeni sanksiyaların qəbulu barədə qərar qəbul edib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Əgər əvvəllər aktivlərin, şirkət və fərdi şəxslərin hesablarının dondurulması kimi tədbirlər yalnız Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqəli şirkətlərə tətbiq edilirdisə, bundan sonra həm də bu ölkə ilə maliyyə əməliyyatları aparan, nəqliyyat daşımaçılığı, xarici iqtisadi əlaqələr və xüsusən də Şimali Koreya üçün əsas valyuta mənbəyi olan kömür ticarəti ilə məşğul olan şirkətlərə də şamil ediləcək.

Aktivləri və əməliyyatları dondurulacaq şirkətlərin siyahısına beş firmanın və doqquz şəxsin adları əlavə olunub. Həmin şirkətlərdən ikisi Çinə məxsusdur. (AZƏRTAC)

Xəbər lenti