Xəzər Xəbər

Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub

Dünya | 08:55 • 28 İyul 2017
Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub

Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub. 

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Frans Press” ərəb koalisiyasının komandanlığına istinadən xəbər yayıb.

Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.

Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq.

Xəbər lenti