Xəzər Xəbər

Prezident gəlir: Eyvanda və pəncərə qarşısında dayanmayın - XƏBƏRDARLIQ

Dünya | 17:08 • 27 İyul 2017
Prezident gəlir:

Rusiya prezidenti Vladimir Putinin Finlandiyaya səfəri təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Prezidentin Suomi şəhərinə də səfəri planlaşdırılır. Ölkə başçısı bu şəhərin opeta teatrında "İolanta" tamaşasına baxacaq.

Rusiya liderinin səfər proqramında həmçinin Finlandiya prezidenti ilə görüş də nəzərdə tutulur. Putinin səfəri Finlandiyanın müstəqilliyinin 100 illiyi ərəfəsinə təsadüf edir.

Savollin şəhərinin sakinləri isə prezidentin səfəri ilə bağlı yaranmış vəziyyətdən narazıdırlar. Polis yazılı şəkildə şəhər sakinlərinə müraciət edərək eyvanlarda və açıq pəncərə qarşısında dayanmamağı xahiş edib. Ancaq şəhər sakinləri bunun onların öz şəxsi mülklərində hərəkət azadlıqlarının məhdudlaşdırılması kimi qəbul edərək etiraz bildiriblər./cebhe.info

Xəbər lenti