Xəzər Xəbər

Ulduzda partlayış Turbinlə də görmək olub - FOTO

Dünya | 16:58 • 27 İyul 2017
Ulduzda partlayış

Ən güclü kosmik partlayış hesab olunan qamma partlayışı təfərrüatlı şəkildə müşahidə olunub.

Beynəlxalq astronomlar "ölüm ağrısı çəkən”, bir neçə işıq ili uzaqlıqda yerləşən ulduzda qeydə alınan qamma partlayışını indiyə qədər görülməmiş şəkildə müşahidə ediblər. Alimlərin sözlərinə görə, partlayış o qədər şiddətli olub ki, onu, hətta, adi turbinlə də görmək mümkün olub.

Amerikalı astronomlar hadisəni "GRB 160625B” adlandırıblar. Alimlər sözügedən ulduzun "ölmək mərhələsi”ndə olduğunu və bundan sonra onun yerində "Qara Dəlik” yaranacağını qeyd ediblər.

Hadisə, eyni zamanda, Rusiyaya məxsus "MASTER-İAC” teleskopu tərəfindən də müşahidə olunub.

AzNews.az

Xəbər lenti