Xəzər Xəbər

Bu gün böyük müharibə BAŞLAYA BİLƏR ABŞ-dan XƏBƏRDARLIQ

Dünya | 15:03 • 27 İyul 2017
Bu gün böyük müharibə BAŞLAYA BİLƏR
Şimali Koreya 27 iyul "Koreya müharibəsi”nin ildönümü günü ballistik raket sınağı keçirə bilər.

Bu barədə Avstraliyanın xarici işlər naziri Julie Bishop deyib.

Onun sözlərinə görə, bu haqda ciddi mənbələrdən məlumat əldə ediblər və sınaq məhz bu gün – 27 iyulda baş tuta bilər.

Pentaqonda adını açıqlamayan yüksəkvəzifəli hərbiçilərdən biri Şimali Koreyanın Kusong bölgəsində maşınların ballistik raketləri daşıdığı haqda məlumata malik olduqlarını açıqlayıb.

Qeyd edək ki, sonuncu dəfə raket sınağını iyulun 4-də keçirib. Hazırda dünyanın diqqəti Koreya yarımadasındadır. Çünki bölgə ölkələri, həmçinin, ABŞ Şimali Koreyanın raket sınaqlarını böyük təhlükə olaraq qəbul edirlər. Gözləntilərə görə, Pxenyan rejimi bu gün sınaq həyata keçirsə, Koreya yarımadasında gərginlik pik həddinə çata bilər./publika.az

Xəbər lenti