Xəzər Xəbər

Almaniya sel sularının cəngindədir

Dünya | 14:35 • 27 İyul 2017
Almaniya sel sularının cəngindədir

Leysan və tufan bu yay Almaniyada az qala bütün müqəddəs kitablarda deyildiyi miqyasa çatıb. Bəzi bölgələrdə cəmi bir gün ərzində yüz millimetrədək yağıntı düşüb ki, bu da aylıq normadan yüksəkdir.

İyul ayının sonunda Almaniyanın mərkəzi regionları, ilk növbədə Aşağı Saksoniya və Saksoniya-Anhalt daşqınlardan əziyyət çəkib. Çayların çoxunda artıq ən yüksək olan dördüncü həyəcan səviyyəsi elan edilib. Yanğınsöndürmə briqadaları zirzəmilərə dolmuş suyu fasiləsiz olaraq nasosla çəkir və əlverişsiz hava şəraiti ilə bağlı digər çağırışlara tələsirlər.

Almaniyalı meteoroloqlar bildirirlər ki, bu yerlərdə gün ərzində aylıq normadan xeyli çox - hər kvadratmetrə 50-80 millimetr, bəzi yerlərdə isə hətta 100 millimetrədək yağıntı düşüb. Bu həftə müşahidə olunan güclü leysandan əvvəl davamlı yağıntılar olub. Buna görə də torpaq suyu canına çəkə bilməyib və nəticədə böyük və kiçik çayların səviyyəsi sürətlə yüksəlməyə başlayıb. (AZƏRTAC)

Xəbər lenti