Xəzər Xəbər

Məşhur fizikdən qorxulu proqnoz: "Dünyaya sülh gətirməyəcək"

Dünya | 13:53 • 27 İyul 2017
Məşhur fizikdən qorxulu proqnoz:

Müasir dövrün ən məşhur və nüfuzlu fizik-nəzəriyyəçilərindən biri Stiven Hokinqin yeni açıqlamaları hamını təəccübləndirib.

"Stiven Hokinqin sevimli yerləri" (Stephen Hawking s Favorite Places) adlı sənədli filmdə danışan məşhur fizin kosmosdakı dünya haqqında qorxulu proqnozlar verib.

O, "Yadplanetlilər Yerə mesaj göndərsə, buna cavab verilməməsi gərəkdir",-söyləyib. "Gliese 832c" adlı planetdəki həyat ehtimalından bəhs edən Hokinq bir gün belə yerlərdən siqnallar gələ biləcəyini deyib.

O, daha inkişaf etmiş bir mədəniyyətlə tanış olmağı Amerika yerlilərinin Avropa mədəniyyətilə qarşılaşması ilə müqayisə edib və nəticənin yaxşı olmayacağı fikirindədir. Onun fikrincə, kosmosdakı başqa inkişaf etmiş sivilizasiyaların dünyaya sülh gətirməyəcək.

Qeyd edək ki, Stiven Hokinq bir neçə ay əvvəl iştirak etdiyi konfransda qarşıdakı 10 il ərzində Marsa səfər, 30 il ərzində də Ayda bir kosmik baza yaradılması çağırışını edib./cebhe.info

Xəbər lenti