Xəzər Xəbər

Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər Poroşenko çağırışlara belə cavab verdi

Dünya | 13:45 • 27 İyul 2017
Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna vətəndaşlığı ləğv edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Gürcüstana ekstradisiya edə bilər.

Saakaşvilinin "Yeni Qüvvələrin Hərəkatı” partiyası bu barədə bəyanat yayıb. Partiya rəhbərliyi qeyd edir ki, Poroşenkonun Gürcüstana səfərinin məqsədi Saakaşvilinin ekstradisiyası ilə bağlı razılığa gəlməkdən ibarətdir.

Gürcüstan hökuməti Saakaşvilinin ölkəyə ekstradisiyasını tələb edir.

"Onun vətəndaşlıqdan çıxarılması Saakaşvilinin birgə fəaliyyətə dair qərargahın yaradılması ilə bağlı Poroşenkoya çağırışlarına cavabdır” – deyə bəyanatda qeyd olunur.

Saakaşvilinin belə bir qərargahın yaradılmasında məqsədi insanları qarşıdakı günlərdə növbədənkənar seçkilərin keçirilməsinə səfərbər etmək olub.

Ötən gün Ukraynanın Miqrasiya Xidməti Açıqlamada Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarıldığına dair məlumat yayıb. Lakin, buna nəyin səbəb olduğu isə qeyd edilməyib.

Poroşenkonun sabiq müttəfiqi olan Saakaşvili hazırda xarici ölkədədir. O, öz hüquqlarını qoruyacağına söz verib. O, 2015-ci ildə Ukrayna vətəndaşlığı əldə edib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin olunub. Lakin, Saakaşvili ötən il vəzifəsindən istefa verib.

AzNews.az

Xəbər lenti