Xəzər Xəbər

İstanbulda iki təyyarə toqquşdu

Dünya | 12:26 • 27 İyul 2017
İstanbulda iki təyyarə toqquşdu

İstanbulda Atatürk hava limanında enmə-qalxma zolağında İstanbul-Aktau və İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən iki təyyarə toqquşub.

Trend-in məlumatına görə, "Türk Hava Yolları"na məxsus İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən təyyarənin qurğu hissəsi zədələnib.

Sərnişinlər dərhal təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Təyyarələrin hansı şəraitdə və hansı səbəbdən toqquşması barədə hələlik məlumat açıqlanmayıb.

Xəbər lenti