Xəzər Xəbər

Avropa Şurasının rəhbəri prokurorluğa çağırılıb

Dünya | 11:23 • 27 İyul 2017
Avropa Şurasının rəhbəri prokurorluğa çağırılıb

Avropa Şurasının (AŞ) sədri Donald Tusk Polşada yenidən prokurorluğa çağırılıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Bu məlumatı Donald Tuskun maraqlarını müdafiə edən vəkil Roman Qertıx təsdiqləyib.

Yerli mətbuat qeyd edir ki, Tuskun prokurorluğa çağırılması onun əvvəllər şahid qismində ifadə verdiyi araşdırmalarla bağlı deyil.

AŞ rəhbəri prokurorluğa avqustun 3-də getməlidir. Tuskun prokurorluğa hansı statusda gedəcəyi dəqiq bilinmir.

O, bundan əvvəl də Polşa prokurorluğuna çağırılıb. Aprelin 19-da dindirilmə səkkiz saata yaxın davam edib. Məsələ Polşanın hərbi əks-kəşfiyyatı və FTX arasında əməkdaşlıqla bağlı olub.

Xəbər lenti