Xəzər Xəbər

Qazaxıstanda təyyarə qəzasında 2 nəfər ölüb

Dünya | 10:16 • 27 İyul 2017
Qazaxıstanda təyyarə qəzasında 2 nəfər ölüb

Qazaxıstanda təyyarə qəzası baş verib.

Trend-in məlumatına görə, respublikanın Mülki Aviasiya Nazirliyi qəzanın Almatıda baş verdiyini bildirib.

Məlumata görə, Yak-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Təyyarənin ərazidə aviakimyəvi dərmanlama işlər apardığı bildirilir.

Qeyd olunur ki, təyyarə yerə düşdükdən sonra alışıb.

Qəzanın baş vermə səbəbləri məlum deyil, hadisə ilə bağlı araşdırma başlanılıb.

Xəbər lenti