Xəzər Xəbər

Tillerson istefa verəcəyi barədə xəbərləri təkzib edib

Dünya | 10:08 • 27 İyul 2017
Tillerson istefa verəcəyi barədə xəbərləri təkzib edib

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən getməyəcəyini bəyan edib.

Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Qətərin XİN rəhbəri ilə görüşündən əvvəl deyib.

"Mənim Dövlət Departamentindən getmək niyyətim yoxdur. Hələ ki, prezident mənə etimad göstərir, vəzifəmdə qalacam”, deyə R.Tillerson qeyd edib.

O, prezident D.Trampla yaxşı münasibətdə olduğunu da vurğulayıb.

Qeyd edək ki, iki gün əvvəl bir sıra ABŞ KİV-lərində R.Tillersonun ilin sonunadək istefa verəcəyi barədə məlumat yayılıb. Məlumata əsasən, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur.

Xəbər lenti