Çində zavodda baş verən qaz sızması nəticəsində 1 nəfər ölüb, 31 nəfər zəhərlənib.
Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident Çinin Sintsyan -Uyğur Muxtar Rayonunda yerləşən kimyəvi müəssisədə qeydə alınıb.
Zəhərlənənlərin ağır vəziyyətdə xəstəxanalara çatdırıldığı bildirilir. Qaz sızmasının səbəbi hələ ki, məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.