Xəzər Xəbər

Ruhanidən Vaşinqtona sərt cavab: “İran silahlanmaqda davam edəcək”

Dünya | 17:30 • 26 İyul 2017
Ruhanidən Vaşinqtona sərt cavab:

İran prezidenti Həsən Ruhani Vaşinqtonun yeni sanksiyalarına cavab olaraq sərt bəyanat verib. "İran Press TV”-in məlumatına görə, o, "ölkəmizin mənfəətləri üçün bütün addımları atacağıq. ABŞ-ın sanskiya və siyasətini nəzərə almadan yolumuza davam edəcəyik" deyib.

Ruhani istənilən xarici təzyiqə baxmayaraq, hərbi silahlanmanı davam etdirəcəklərini vurğulayıb:

"Başqalarının fikirləri nə olursa olsun, müdafiə qabiliyyətimizi gücləndirməli və silahlanmalıyıq”.

Qeyd edək ki, ABŞ parlamentinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya yeni sanksiya tətbiq olunması yönündə səs vermişdi. Donald Tramp isə Tehranı "indiyə qədərki ən pis anlaşma” kimi xarakterizə etdiyi nüvə anlaşmasının şərtlərini pozmaqda günahlandırır.

Ötən həftə ABŞ prezidentinin İrana yeni sanksiyalar tətbiq etmək niyyətində olduğu idda edilmişdi. Ruhani bu xəbərlərə cavab olaraq isə "Düşmən razılaşmanın bir qismini pozsa, biz də pozarıq. Əgər hamısını pozsa, biz də hamısını pozacağıq”./publika.az

Xəbər lenti