Xəzər Xəbər

"Tramp Poroşenkonu "şəxsi düşməni" sayır"

Dünya | 16:59 • 26 İyul 2017
"Tramp Poroşenkonu "şəxsi düşməni" sayır"

"ABŞ prezidenti Donald Tramp Poroşenkonu öz şəxsi düşməni görür".

Bu sözləri Ukraynanın sabiq baş prokurorunun müavini David Sakvarelidze bildirib.

O, əlavə edib ki, Ağ Ev rəhbərinin Pyotr Poroşenko barəsində sərt sözləri onun iflasa uğradığını göstərir: "Bu, tam iflas və məyusluqdur. Trampın bu bəyanatından belə nəticə çıxarmaq olar ki, o, Poroşenkonun burnunu lazım olmayan yerə soxmasını göstərmək istəyib. Mən buna heç də sevinmirəm. Çünki hazırda Ukraynaya Poroşenko rəhbərlik edir. Onun bir səhvi bizim üçün belə təhlükə yaradır".

Qeyd edək ki, Donald Tramp ötən gün çıxışı zamanı rəsmi Kiyevin ABŞ-dakı seçkilərə onu sabotaj etmək və Klintona dəstək göstərməklə müdaxilə etdiyini bildirib./faktxəbər

Xəbər lenti