Xəzər Xəbər

Fantastik filmlərdəki ərazilərə bənzəyən bu kənd Yəməndə yerləşir FOTOLAR

Dünya | 16:57 • 26 İyul 2017
Fantastik filmlərdəki ərazilərə bənzəyən bu kənd Yəməndə yerləşir
Bu gün sizlərə fantastik filmlərdəki mənzərəni xatırladan bir ərazi ilə tanış edəcəyik. Adətən kinolarda belə yerlər xəyal məhsulu olur və kompyuter qrafikası ilə hazırlanır. Fotolarını təqdim etdiyimiz ərazinin şəkillərində isə heç bir fotoşop və qrafikadan istifadə edilməyib.

Bura Yəmənin Haid əl-Jazil kəndidir. Tamamilə palçıq və torpaqdan inşa edilən evlər sərt bir qayanın üzərində tikilib.

Kənd çaya ən yaxın ərazidə yerləşməsinə baxmayaraq, sakinlər sel və daşqınlardan amandadırlar.

Ümumiyyətlə hər bir kəndi, şəhəri nağıllar aləminə bənzəyən Şərq dünyasının nadir incisi Yəmən bu gün təəssüf ki, səud koalisiyasının işğalı altında inləyir.

Faktxəbər

Xəbər lenti