Xəzər Xəbər

ABŞ hərbi texnikası Gürcüstana gətirilib - FOTOLAR

Dünya | 16:22 • 26 İyul 2017
ABŞ hərbi texnikası Gürcüstana gətirilib -

ABŞ ağır hərbi texnikasının bir hissəsi artıq Gürcüstana gətirilib.

APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sözügedən texnikadan NATO təlimlərində istifadə olunacaq.

"Abrams” tankları və "Bradley” zirehli maşınlar Poti limanından dəmir yolu vasitəsilə Vaziani hərbi bazasına çatdırılıb.

Qeyd edək ki, NATO-nun "Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək.

Xəbər lenti