Xəzər Xəbər

Ukrayna rusiyalı jurnalisti ölkədən çıxarıb

Dünya | 15:06 • 26 İyul 2017
Ukrayna rusiyalı jurnalisti ölkədən çıxarıb

Rusiyalı jurnalist Ukraynadan çıxarılıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib.

O, Ukrayna KİV-də çalışan rusiyayönümlü jurnalistlərin xidmətlərindən istifadə edərək, hakimiyyət orqanları, ölkədəki vəziyyət və güc strukturların fəaliyyəti barədə məlumat toplayıb.

"O bu kimi məlumatlardan Ukraynadakı vəziyyəti tendensiyalı şəkildə işıqlandırmaq üçün istifadə edib", - deyə məlumatda bildirilir.

M. Knyazeva ölkədən çıxarılaraq Rusiyaya göndərilib, 3 il ərzində onun Ukraynaya girişinə qadağa qoyulub.

Xəbər lenti